Ağstafada sel suları bir neçə körpüyə zərər vurub - FOTO

Ağstafada yağan güclü yağışlar nəticəsində sel suları bəzi fəsadlar yaradıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Göycəli kəndindən keçən çayın üzərində olan körpüyə ciddi zərər dəyib. Bir neçə kəndə gedən yolun üzərində olan körpüdən yaranan fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb. Sel suların rayonun digər kəndlərində də fəsadlar yaratdığı bildirilir. Ağstafa rayon İcra Hakimiyyətindən bildirilib ki, son günlər yağan güclü yağışlar nəticəsində Həsənsu çayı daşıb. Nəticədə Tatlı kəndində 2 Göycəli kəndində 2 körpü (keçid körpüsü) ciddi zərər dəyib. "Bu körpülər hər iki kəndin məhəllələrini birləşdirən körpüdür və ciddi zərər dəydiyindən istifadəyə yararsız hala düşüb. Hazırda ərazidə bəzi işlərə başlanılıb. Lakin körpünün bərpası və ya inşası üçün ağır texnikadan istifadə edilməsi üçün sel sularının azalması gözlənilir". İcra hakimiyyətindən sel sularının yaşayış evlərinə və kənd təsərrüfatına zərər vurmadığı da bildirilib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO






















