Ağsu “perevalı” ilə getməyin

Dayanmadan yağan güclü qar Ağsuda bir sıra ciddi fəsadlar törədib. Belə ki, 30-dək yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda rayonda enerjinin bərpası üçün ciddi işlər görülür. Qarın hündürlüyü dağətəyi ərazilərdə 20-22, dağlıq yerlərdə isə 30-33 santimetrə çatıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolayları adlanan 144-156-cı kilometrində, xüsusən dolaylardakı 14 sərt döngədə sürücülər üçün bəzi çətinliklər yaradıb. Əraziyə cəlb olunan texnikanın, o cümlədən qreyderin, duzsəpən və yük maşınlarının köməyi ilə səhər tezdən dolaylarda yolun təmizləməsinə başlanılıb. Sürücülərə zərurət yaranmasa gediş-gəliş üçün Ağsu dolaylarından istifadə etməmək tövsiyə olunur. Əks təqdirdə avtomobillərin saz olmasına, qış rejimi üçün nəzərdə tutulan şinlərdən və ya şinlər üçün zəncirlərdən istifadə edilməsinə diqqət yetirmək məsləhət görülür.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












