Ağsuda “07” qaçıran şəxs saxlanılıb - FOTO

Ağsu rayon sakini Ramil Əli oğlu Abuzərov polis şöbəsinə müraciət edərək ona məxsus "VAZ-2107" markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlandığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Araz İmanqulu oğlu Vəliyev olduğu müəyyənləşib.
O, Ramil Abuzərova məxsus "VAZ-2107" markalı avtomobili almaq istədiyini deyərək yoxlamaq məqsədilə sükan arxasına keçib və onu qaçırıb. Bundan sonra A.Vəliyev avtomobili Şirvan şəhərinə apararaq İlqar Telman oğlu Məmmədova satıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Şirvan şəhərində saxlanılıb. İlkin dindirmə zamanı A.Vəliyev oğurluq əməlini etiraf edib. Avtomobil sahibinə təhvil verilib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.
Namiq Musayev
.



"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











