Ağsuda karantini pozan şəxslər cərimələndilər - FOTO

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində çölə çıxan vətəndaşların yoxlanışı zamanı 42 yaşlı İlqar Kərimovun icazəsiz çölə çıxdığı müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, o, telefonda “8103” SMS icazə sistemindən gələn mesajı göstərsə də, ancaq polis əməkdaşları tərəfindən həmin şəxs planşetlə yoxlanılan zaman onun adında heç bir icazənin olmadığı, İlqar Kərimovun qızının şəxsiyyət vəsiqəsi ilə icazə aldığı aşkarlanıb.
Şamaxı rayon sakini 22 yaşlı Kamal Əhmədov heç bir icazəsi olmadan ara yollarla Ağsu rayonuna gələrkən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o inzibati həbs olunub.
Həmçinin, rayonun Gəgəli kəndi ərazisində qardaşlar - Rza və Sakit Mirzəyevlər heç bir icazələri olmadan sərxoş vəziyyətdə çölə çıxıb, xuliqanlıq hərəkətləri etdiklərinə görə saxlanılıblar. Onların barəsində də Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunauyğun müvafiq tədbirlər görülüb.
Namiq Musayev
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











