Ailələr arasında düşən torpaq davasında; azı 8 ölü

Misirin paytaxtı Qahirənin cənubundakı Fayum əyalətində ailələr arasında torpaq davası baş verib. “Əl-Əhram” qəzeti davada iştirak edənlərdən azı 8 nəfərin qətlə yetirildiyi, 35 nəfərin isə yaralandığı barədə məlumat yayıb.
Avtomat silahlardan və tapançalardan atəş açan dava iştirakçıları arasında atışma bir neçə saat davam edib. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub. Xəstəxanaya çatdırılan yaralılardan üçünün vəziyyəti ağırdır. Polis cinayətdə iştirak etməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.
Misirdə hətta ailədaxili mübahisələr zəminində baş verən münaqişələrdə də odlu silahlardan tez-tez istifadə olunur. Ötən il hökumət 2011-ci ildən bəri qanunsuz yollarla ölkəyə gətirilən və əhalinin əlində olan silahların təhvil verilməsi istiqamətində bəzi tədbirlər həyata keçirib. (Azərtac)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











