Ailəsi tərəfindən şiddət görən azyaşlı ilə bağlı YENİ XƏBƏR - FOTO

“Hazırda uşağa olan şiddətlə bağlı istintaq gedir. Uşağın valideynlərdən alınması ilə bağlı məhkəmə qərarı yəqin ki, yaxın günlərdə çıxacaq”.
Bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a açıqlamasında bildirib. O, bir neçə gün öncə Keşlə qəsəbəsində azyaşlının atası tərəfindən mütəmadi olaraq şiddətə məruz qaldığı barədə sosial şəbəkə hesabında paylaşdığı məlumatla bağlı yeni məlumatlar olduğunu deyib.
“Biz səbirsizlikləu valideynlərdən məhdudlaşdırılması qərarını gözləyirik. Bu məsələni eşidən anası hay-həşir salıb. Amma bu belə deyil. Əgər bu hadisəni törədib azyaşlıya şiddət göstəriblərsə, deməli bunun cəzasını da çəkməlidirlər. Məsələ çox ciddi nəzarət altındadır. İstər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, istərsə də İcra Hakimiyyəti yanında Komissiya tərəfindən”.

Atası tərəfindən şiddətə məruz qalan uşaq
Qeyd edək ki, Kəmalə Ağazada etdiyi paylaşımda azyaşlının şiddət görməsinə anasının susduğunu yazmışdı:
“Mənə zəng edib bu uşağın atası tərəfindən şiddət gördüyü, anasının isə vəziyyətə heç bir reaksiya vermədiyi bildirilib. Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat vermişəm. Əgər bu uşağa qarşı cinayət faktları öz təsdiqini taparsa, ana da məsuliyyət daşımalıdır”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











