Aİ sanksiyalarının beşinci mərhələsi: Rusiya gəmilərinə qadağa - VİDEO

Rusiya gəmilərinin Aİ limanlarına girişi qadağan ediləcək.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketi ilə bağlı təkliflərini açıqlayarkən bildirib. Onun sözlərinə görə, istisnalar ancaq kənd təsərrüfatı məhsulları və ərzaq, həmçinin enerji təchizatında olacaq. Rusiya ilə yanaşı, Belarus gəmilərinin də Avropa limanlarına daxil olması qadağan edilib.
Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketində olan digər məsələlər:
- Kömür idxalına qadağa;
- Rusiyadan sement, dəniz məhsulları, spirtli içkilər kimi digər malların idxalına qadağa;
- Yarımkeçiricilərin, maşınların və nəqliyyat avadanlıqlarının ixracına qadağa;
- Rusiya şirkətlərinə Aİ-də dövlət satınalmalarında iştirak etmək, həmçinin, Rusiya dövlət qurumlarının hər hansı maliyyə dəstəyinə qadağa;
- Rusiyanın “dörd əsas bankı” ilə əməliyyatlara tam qadağa;
- Rusiya və Belarus nəqliyyat şirkətlərinin Avropada işinə qadağa.
Mənbə: Mash
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











