Aktauda Xəzər dənizində ən böyük konteyner qovşağı açılıb

Qazaxıstanın Aktau şəhərində Xəzər dənizində ən böyük konteyner qovşağı vaxtından əvvəl istifadəyə verilib.
Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, qovşaq Lianyunqanq (ÇXR) limanı və “NC Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” ASC ilə tərəfdaşlıq əsasında “Qazaxıstan Temir Yol” SC-nin (onun törəmə şirkəti “KTZ Ekspress” ASC vasitəsilə) təşəbbüsü ilə tikilib.
Yeni qovşaq tranzit imkanlarının artımını təmin edəcək və Qazaxıstanın “Şərq-Qərb”, eləcə də “Şimal-Cənub” və digər beynəlxalq marşrutlarda mühüm halqa kimi mövqeyini gücləndirəcək. Müasir logistika infrastrukturu, o cümlədən Qazaxıstanda analoqu olmayan qabaqcıl texnologiyalar konteyner yüklərinin emalını xeyli sürətləndirəcək.
Obyektin istifadəyə verilməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən 100 000-ci konteynerin gəlməsi ilə əlamətdar olub.
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib












