Alimdən xəbərdarlıq: “Azərbaycanda virusun üçüncü dalğası yarana bilər” - FOTO

“Bu gün dünyada vəziyyəti dərk edən və doğru qiymətləndirə bilən elm adamları haqlı olaraq növbəti böyük dalğa təhlükəsindən danışır. İzlədiyim qədər Azərbaycanda bir çox insanlar bunun ciddiyətinin fərqinə varmırlar və bəziləri təəssüf ki, hətta sərt karantin rejimlərinin faydasızlığını iddia edir”.
Bunu Avtosfer.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, bu cür danışıq tərzlərinin elmi əsasının olmaması problemin aktuallığını müəyyən distansiyalarda qavramağa maneçilik törədə bilər:
“Bu da Azərbaycan üçün növbəti ciddi təhlükə yaşada bilər. Son günlər baş verənlərə diqqət yetirsək açıq şəkildə görə bilərik ki, hələ virusun yeni mutasiyasını nəzərə almasaq belə virusun yenidən insanlar arasında yayılması ehtimalı artıb”.

Nuran Abdullayev
Azərbaycanlı alim hesab edir ki, yoluxma sayı müəyyən həddə çatdıqdan sonra virus təkrar səhiyyə sisteminə ciddi təsir edəcək qədər arta bilər və yenidən sərt karantin rejiminin tətbiqi qaçılmaz olar:
“Bu gün peyvəndin tətbiqinə görə pandemiyanın sonunun gəldiyini düşünən insanların qaydalara əməl etməməsi və karantin yumşalmalarından sui-istifadə hallarına görə yoluxma saylarında artımın olması qaçılmazdır. Bundan əlavə, yeni virus mutasiyaları vəziyyəti daha da qəlizləşdirir. Belə ki, yeni mutasiya variantının Azərbaycanda olma riski çox yüksəkdir. Hətta deyərdim ki, bəlkə də artıq çoxdan yayılıb. Tətbiq edilən yumşalmalar çərçivəsində mutasiyanın artıq elmlə sübut edilən daha sürətlə yayılma gücü özünü göstərəcək və bizə məlum olan koronavirus növü ilə bərabər gözlənilən zamandan da öncə kəskin artmağa başlayacaq ki, bu da Azərbaycanda növbəti böyük dalğanı əmələ gətirəcək. Bunun qarşısını indidən almaq üçün isə sərt karantin rejimi tətbiq etmədən mütləq fərqli şəraitlərdə sabit qaydaların qoyulması və insanlarla problemlərin açıq şəkildə danışılması çox vacibdir, əks halda üçüncü dalğa və sərt karantin rejimi qaçılmaz ola bilər”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












