Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar - FOTO

Alimlər yuyulan əllərin əslində necə göründüyünü ultrabənövşəyi kameranın köməyi ilə çəkiblər, həmçinin koronavirusdan qorunmaq üçün düzgün yuyunma üsulunu paylaşıblar.
Bu barədə "Daily Mail” xəbər yayıb.
Eksperiment iştirakçısı mikrobların ələ necə yapışdığını imitasiya edən xüsusi gellə əllərini silib.
Bildirilir ki, koronavirus kimi mikrobların ölçüsündə zərrəciklərin mövcud olduğu şəffaf gel ultrabənövşəyi şüaların altında işıq saçır. Təqdim olunan görüntülərdə əllər nə qədər açıq rəngdədirsə, bir o qədər çirklidir.
Mütəxəssislər bildiriblər ki, insanların dörddə birisadəcə üç saniyə ərzində əllərini yuyur və silkələyir, qurutmur. Ancaq fotolardan görünür ki, bu kifayət eləmir. Üstəlik, mikroblar nəmli əllərdə daha yaxşı qalır, buna görə, əlləri silmək lazımdır.
Orta hesabla əllər altı saniyə yuyulur. Bununla bağlı dərc olunan fotoda görünür ki,belə yumadan və qurutmadan sonra dəridə işıqlı hissələr nisbətən azalır, lakin bu da mikrobların effektiv təmizlənməsi üçün kifayət deyil.
Əllərin yuyulmasında ən vacib amil sabundan istifadədir. Sabun bakteriyaları öldürmür, sadəcə onlardan xilas edir.
Əlləri sabunla 30 saniyə yumaq, dırnaqların altını, barmaqların arasını sürtmək lazımdır. Əgər sabun əlçatmazdırsa, spirt əsaslı dezinfeksiya vasitəsindən istifadə etmək lazımdır.
Bu vasitələrdən potensial çirklənmiş səthlərə hər toxunduqdan sonra istifadə edilməlidir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












