Alimlər koronavirusun erkən əlamətini aşkarladılar

İspaniyalı alimlər COVID-19-un erkən simptomunu aşkar ediblər.
Qeyd edilir ki, bununla bağlı keçirilən tədqiqatda 40-69 yaşlı 21 pasiyent iştirak edib. Ekspertlər tədqiqatın 29% iştirakçısının ağız nahiyəsində selikli qişada güclü səpki aşkar ediblər. Məlumata görə, onlarda səpki infeksiyanın başqa əlamətlərinə qədər 2 gün ərzində görünüb.
Bununla belə, alimlər hələlik bu simptomun geniş yayılması haqqında danışmağa çətinlik çəkirlər. Məsələ burasındadır ki, ağız boşluğunun müayinəsi koronavirusun yayılmasına qarşı mübarizəyə yönəldilmiş təhlükəsizlik tələblərinə görə çətinləşib.
Daha əvvəl bildirilirdi ki, Fransa alimləri ağır formalı koronavirus xəstələrində ümumi simptom aşkar ediblər. Tədqiqatçılar süni tənəffüs cihazında, ağır vəziyyətdə olan 50 COVID-19 xəstəsinin vəziyyətini araşdırıblar. Nəticədə məlum olub ki, onların hamısının qanında interferon çatışmır. Ağır vəziyyətdə olan pasiyentlərdə orqanizmdə infeksiyanın yayılmasını yavaşıdan I tip interferon çatışmazlığı müşahidə olunub. (Report)
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












