Almaniyada COVID-19-a yoluxanların sayı 196 mini ötdü

Almaniyada son bir gündə koronavirusa daha 422 yoluxma qeydə alınıb, virusdan 7 nəfər ölüb.
Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.
Qeyd edilir ki, Qərbi Avropa ölkəsində COVID-19-a ümumilikdə 196 096 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 9 010 pasiyent ölüb. Bununla yanaşı, virusa yoluxmuş təxminən 181,3 min insan sağalıb.
AFR-də təhlükəli virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 48 655 nəfərin koronavirus testinin nəticəsi müsbət olub. Eyni zamanda Şimali Reyn-Vestfaliyada 43 853 nəfər və Baden-Vürtemberqdə 35 807 COVID-19-a yoluxub. Berlində yoluxma ilə bağlı 8 393 hal aşkarlanıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. ("Report")
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











