Almaniyada koronavirusa yoluxanların sayı 201,8 mini ötüb

Almaniyada koronavirusa yoluxanların sayı son sutka ərzində daha 249 nəfər artıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.
İnstitutun məlumatına görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 201 823 nəfərə çatıb. Qeyd edilir ki, bu günədək COVID-19-dan 9 086 nəfər vəfat edib. Eyni zamanda virusa yoluxmuş təxminən 187,8 min nəfər sağalıb.
Virusa ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 49 775 nəfərin koronavirus testi müsbət olub. Şimali Reyn-Vestfaliyada 46 075 nəfər, Baden-Vyurtemberqdə 36 342 insan COVID-19-a yoluxub. Paytaxt Berlində təhlükəli infeksiyaya 8 779 yoluxma aşkarlanıb.
Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. (“Report”)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












