Almaniyada maska ilə bağlı tələb aradan qaldırılır

Almaniyanın Şlezviq-Holşteyn əyaləti koronavirus pandemiyası ilə bağlı qapalı məkanlarda maska taxmaq məcburiyyətini aradan qaldırmaq istəyir.
Artıq bununla bağlı əyalət parlamentində müzakirələr başlayıb. Əyalət baş naziri Herri Qlave mətbuata açıqlamasında bildirib ki, yoluxma stastikası aşağı səviyyədə qalsa, qapalı məkanlarda və pərakəndə satış obyektlərində maska tələbini davam etdirmək üçün heç bir səbəb görmür. H.Qlave bildirib ki, maska tələbi yalnız tövsiyyə şəklində olmalıdır. Baş nazirin sözlərinə görə, ilkin mərhələdə hələlik ictimai nəqliyyatda maskadan istifadə ilə bağlı məcburiyyət qala bilər.
Onun bu fikirləri digər əyalət baş nazirləri tərəfindən birmənalı qarşılanmayıb. Bavariyanın baş naziri Markus Zöder bildirib ki, indiki halda maskadan imtina etmək dəlilik olardı.
Saksoniya, Aşağı Saksoniya, Saksoniya-Anhalt və Bremen əyalətlərinin baş nazirləri isə, maska ilə bağlı parlamentdə birgə müzakirədən sonra qərar verəcəklərini bildiriblər.
Məlumat üçün bildirək ki, Almaniyada 5 600 aktiv koronavirus daşıyıcısından yalnız 35-i Şlezviq-Holşteyn əyalətində qeydə alınıb. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












