Almaniyalı məşhur jurnalist Ermənistanın yalanını ifşa etdi

Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarıb.
Bu barədə o “Twitter” səhifəsində paylaşım edib.
“İpucu: əgər dron vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin nişan aldığı dar korpuslu ikimühərrikli mülki təyyarə göstərməyin”, - Y.Röpke vurğulayıb.
Onun bu paylaşımı sosial şəbəkədə Ermənistan Müdafiə Nazirliyini gülünc obyektinə çevirib.
Qeyd edək ki, münaqişələr üzrə ekspert olan Yulian Röpke Almaniyanın məşhur “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktorudur.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusuna məxsus PUA-nın guya vurulması barədə Ermənistan tərəfinin açıqlamasının həqiqətə uyğun olmadığını, bunun növbəti dezinformasiya xarakterli məlumat olduğunu bildirib. (“Report”)
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər











