Ana və qızı dörd gün liftdə qaldılar - FOTO

Çində ana və qızı dörd gün, üç gecə yaşadıqları binanın liftində qalıblar.
“Shanghailist” xəbər verir ki, 84 yaşlı qadın və 62 yaşlı qızı Sian şəhərində yerləşən evlərinin liftində olarkən qurğu xarab olub.
Liftdə yardım düyməsinin və qadınlarda mobil telefonun olmaması səbəbindən ana və qızı kömək çağıra bilməyiblər. Ailənin digər üzvləri həmin vaxt bir neçə günlük şəhər kənarına gediblər.
Əlacsız qalan qadınlar dəmir çubuq tapıb, hava girişi təmin etmək üçün qapıları yüngülcə aralaya biliblər. Ancaq su çatışmazlığı problemini mümkün yeganə yolla - öz sidiklərini içməklə həll etməyə məcbur olublar.
Dörd gün sonra, nəhayət, 62 yaşlı qadın liftin qapısı arasındakı boşluq vasitəsilə kömək çağıra bilib. Qadınlar xilas edilərək, xəstəxanaya yerləşdiriliblər. Həkim onların su tələbatlarını ödəyə bildikləri üçün sağ qaldıqlarını deyib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












