“Aprel zəfəri “məğlubedilməz erməni ordusu” mifini dağıtdı” - Deputat

“İki ildən artıqdır ki, bütün dünya Azərbaycanın müharibə təcrübəsindən danışır. Dünyaya səs salan, xalqımızın 30 illik torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz dövlətimizin qətiyyətini, rəşadətli Ordumuzun gücünü, xalqımızın dəmir yumruq kimi birliyini dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi, ordu quruculuğu da dövlət siyasətinin əsası istiqamətlərindən birinə çevrildi”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, son 20 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunun prioritetliyini atdığı davamlı addımları ilə təsdiqləyib: “Bunların uğurlu nəticəsi Azərbaycan Ordusunun hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması, bu gününə və sabahına inamın böyük olmasıdır. Rəşadətli Ordumuzun zəfərləri yaradılan möhkəm təməlin təqdimatıdır”.
Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 2016-ci ilin Aprel döyüşlərindən 7 il keçir.
Deputat bildirib ki, Aprel zəfəri ermənilərin illərdir yaratdıqları “məğlubedilməz erməni ordusu” mifini dağıdıb: “Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının qətiyyətlə alınması Silahlı Qüvvələrimizin özünə güvənini, inamını artırdı. Aprel döyüşlərinin ardınca 2018-ci ildə Günnüt əməliyyatı bir daha Ordumuzun nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Hər iki zəfər Ordumuzun peşəkarlığını, döyüş ruhunun yüksəkliyini göstərdi. Aprel döyüşlərinin tarixi əhəmiyyətindən bəhs edərkən bu zəfərin sayəsində Böyük Qayıdış prosesinə start verildiyi xüsusi qeyd edilir. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi Böyük Qayıdışın başlanğıcı kimi tarixə yazıldı”.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










