"Aqrolizinq" mexanizator kurslarına qəbulu davam etdirir

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti regional bölmələrin tərkibində “Sampo”, “New Holland”, “Niva Effekt SK-5ME-1”, “Class” və “Nova-340” taxılbiçən kombaynlarının idarə edilməsi üçün tələb olunan sertifikatların əldə edilməsi məqsədi ilə mexanizator kursları təşkil edir. Avtosfer.az xəbər verir ki, kurslara əsasən “Sampo” kombaynları üçün Şəmkir-Gədəbəy, Göygöl, Samux, Yevlax, Goranboy, Ucar, Tərtər, Biləsuvar, Masallı-Yardımlı, Ağcabədi, Beyləqan-Xocavənd, Zərdab, Füzuli, Xaçmaz, Qobustan, Şamaxı, Ağsu, Qax, Sabirabad, Saatlı və Neftçala;
“New Holland” kombaynları üçün Ağstafa, Goranboy, Masallı-Yardımlı, Qobustan, Kürdəmir, Saatlı və Neftçala, Cəlilabad;
“Niva Effekt SK-5ME-1” kombaynları üçün Şəmkir-Gədəbəy, Tovuz, Qazax, Göygöl, Samux, Yevlax, Goranboy, Göyçay, Bərdə, Tərtər, Ağdam, Masallı-Yardımlı, Lənkəran, Lerik, Astara, Ağcabədi, Beyləqan-Xocavənd, Zərdab, Xaçmaz, Siyəzən, Xızı, Şamaxı, Ağsu, Kürdəmir, Qəbələ, Qax, Sabirabad, Saatlı və Neftçala;
“Class”kombaynları üçün Ucar, Ağcabədi, Qobustan, Ağsu və Sabirabad;
“Nova-340” kombaynları üçün Şamaxı, Saatlı və Salyan rayonlarında yaşayan və “Aqrolizinq” ASC qarşısında heç bir ödənilməmiş borc öhdəliyi olmayan şəxslər cəlb edləcəkdir.
Kurslarda iştirak etmək istəyən şəxslər +99455 7376464, +99470 7195054, telefon nömrələrinə zəng edərək və ya aşağıda qeyd olunan sənədlərin surətini [email protected] electron poçt ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Tələb olunan sənədlər şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsindən (kənd təsərrüfatı texnikalarını idarə etmək üçün) ibarətdir.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










