AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, iyulun 5-də agentlik əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 104 ərzaq satışı mağazası olmaqla ümumilikdə 145 müəssisədə reyd keçirilib.
Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 68-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
◾ Bakı şəhəri üzrə:
“Bizim RSN”, “Grand”, “Zirvə”, “Ramaşka”, “Pioner”, “Muxtar”, “Bakı”, “EF”, “Bursa”, “Təzə bazar”, “Nilufər”, “Zəhra”, “Dərnəgül” ərzaq mağzaları, Həsənov Teymur Əfsər oğluna, Həsənov Eldar Səlim oğluna, İsmayılova Vüsalə Rövşən qızına, Bünyadzadə Azər Firudin oğluna, Bayramov Bayram Fəxrəddin oğluna, Əhmədov Nicat Kərim oğluna, Xəlilov Kərim İbrahim oğluna məxsus marketlər
Digər şəhər və rayonlar üzrə:
◾ Xaçmaz rayonunda Məmmədov Elvin Əjdər oğluna, Sərdarlı Sərvər Rüstəm oğluna, İdrisov Afər Şəmsəddin oğluna məxsus ərzaq mağazaları
◾ Şabran rayonunda Vəliyev Nicat Əziz oğluna məxsus ərzaq mağazası
◾ Bərdə rayonunda Hüseynov Çəmən Fərrux oğluna, Abbasov Ramil Rizvan oğluna, Misirxanov Babək Atalin oğluna, Kərimov Rövşən Rafiq oğluna, Səlimov Xurşud Ağaəli oğluna məxsus marketlər
◾ Yevlax rayonunda Əsədov Xəyal Elman oğluna, Ələkbərov Kamil Qürbət oğluna, Hüseynov Elşən Zahir oğluna, İbrahimov Ceyhun Talış oğluna, Şahverdiyeva Sahibə Yusif qızına məxsus ərzaq mağazaları
◾ Goranboy rayonu, Sarovlu kəndində “Tac” market
◾ Gəncə şəhərində Əlizadə Elçin Alim oğluna, Hüseynov İlqar Nizami oğluna məxsus ərzaq mağazaları, “Ruzi” və “Cavid” marketlər
◾ Göyçay rayonunda Həsənov Neyman Gülbala oğluna, İbrahimov Ehtibar Rafiq oğluna, Xəlilov Müqəddəs Sirac oğluna məxsus kafelər
◾ Şamaxı rayonunda Ömərov Vüqar Arif oğluna, Cabbarov Tərlan Bəhməndiyar oğluna məxsus ərzaq mağazaları
◾ Qazax rayonunda “Çinar” kafe, “Omaroğlu”, “Nərimanov”, “Əlillər” marketlər
◾ Şəmkir rayonunda “Oba”, “Üç qardaş”, “El” ərzaq mağazaları, “Elçin” və “NZS” kafelər
◾ Tovuz rayonunda “Şır-şır”, “Dostluq”, “Bahar”, “Vladivostok” kafelər, “Mələk” və “Moskva” marketlər
◾ Ağstafa rayonunda “Kəsəmən” və “Anar” ərzaq mağazaları
◾ Qəbələ rayonunda Bağırov Əli Sabir oğluna, Kərimov Gündüz Abdulhəsən oğluna məxsus kafelər, Əzizli Turan Şirin oğluna və Mənsimov Mahir Nüsrət oğluna məxsus ərzaq mağazaları
◾ Lənkəran rayonu, Sütəmurdov kəndində Hüseynov Rüfət Almas oğluna məxsus “Xəzər” market
◾ Şirvan şəhərində Rəsulov Mirağa Vahid oğluna məxsus kafe və Şahbazov Akif İltifat oğluna məxsus ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Namiq Musayev

Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










