AQTA 217 müəssisədə reyd keçirdi

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən iyulun 14-ü Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 39 ictimai iaşə obyekti, 178 ərzaq satışı mağazası olmaqla ümumilikdə 217 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 94-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
◾ Bakı şəhəri üzrə:
“Spar” (Sabunçu rayonu), “Nəzrin”, “Mircivan”, “025”, “Dörd yol”, “Sərfəli” marketlər, Namazova Limuzər Hacı qızına, Əkbərov Nazim Əkbər oğluna, Abuzərov Şamo Məmmədağa oğluna, Bayramov Əhməd Tofiq oğluna, Əliyev Nizami Surxay oğluna, Vəliyev Elnur Arif oğluna, Zeynalov Xəqani Rafiq oğluna və Əliyev Sahib Xanməmməd oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
◾ Abşeron rayonu, Novxanı kəndində “Araz supermarket” və “AS Araz” marketlər
◾ Qusar rayonunda Süleymanov Süleyman Rahib oğluna məxsus market, Əlimətov Əlimət Ağabala oğluna məxsus kafe, “Edelveys” restoranı
◾ Quba rayonunda Məmmədov Çingiz Cəlal oğluna, Ağaverdiyev Ceyhun Cavid oğluna, Hacıyev Anar Məmmədpaşa oğluna məxsus kafelər, Paşayev Sərxan Bayramqulu oğluna məxsus market
◾ Şabran rayonunda Məhərrəmov Ruslan Əlövsət oğluna, İsmayılov Emin Sədrəddin oğluna məxsus marketlər, İsmayılov Sədrəddin İsmayıl oğluna məxsus dönərxana (fəaliyyəti məhdudlaşdırılmışdır), “Ləzzət” dönər evi, “Sahil”, “Bulaq” və “Qala” restoranları
◾ İsmayıllı rayonunda “Səma”, “Narnia”, “Cənnət bulağı” restoranları, “Relax” kafe və Abdullayev Ağarəhim Ağadadaş oğluna məxsus yeməkxana
◾ Şamaxı rayonunda Mustafayev Elşən Gülpaşa oğluna, Dəmirov Cəllad Cəlil oğluna, Fətəliyev Xəqani Gülbəsər oğluna, İmanov Əli Xosrov oğluna, Manafov Ağasəfər Ağacəfər oğluna və Abdulrahmanov Alxas Mirbaba oğluna məxsus yeməkxanalar, “Ata yurdu”, “Vasif”, “Valeh məkan”, “Rövşən”, “Retro” və “555” kafelər, Xəlilov Salman Əliəvəz oğluna məxsus kafe, “Zəm zəm” restoranı
◾ Hacıqabul rayonunda Rəhimov Şikar Ağali oğluna, Rəhimov Mübariz Musa oğluna və İsmayılov Arif İsmayıl oğluna məxsus ərzaq mağazaları, Səlimov Sabir Tofiq oğluna və Rüstəmov Mikayıl İsmayıl oğluna məxsus kafelər
◾ Şirvan şəhərində Əhmədov Şahin İrəvan oğluna məxsus kafe
◾ Sabirabad rayonunda Məmmədov Vidadi Razi oğluna və Nəcəfov Aqil Qəhrəman oğluna məxsus kafelər
◾ Saatlı rayonunda Əşrəfov Uğur Rasim oğluna məxsus kafe və Osmanov Nadir Vəzir oğluna məxsus ərzaq mağazası
◾ Ağdam rayonunda “Murad”, “Dostluq”, “Qarabağ”, “Quzanlı”, “Çinarlı”, “Ay işığı” kafeləri, Hüseynov Ədalət Soltan oğluna məxsus kafe
◾ Yevlax rayonunda “Çinar” və “Şəhriyar” kafeləri
◾ Balakən rayonunda “Xalanın kafesi”
◾ Oğuz rayonunda Rzayev Zaur Fikrət oğluna və Nəbiyev Cavid Əliyusif oğluna məxsus ərzaq mağazaları
◾ Zaqatala rayonunda Cərciyev Aydın Allah oğluna məxsus kafe
◾ Astara rayonunda Rəhimova Ülfət Rüfət qızına məxsus “Halal” market və Hüseynov Adil Malik oğluna məxsus market
◾ Gəncə şəhərində Verdiyev Polad Əli oğluna, Rəsulov Əli Səfər oğluna, Heydərov Eşqin Hüseyn oğluna, Cəfərov Arif Rabiq oğluna, Əliyev Etibar Abbas oğluna, Əsgərov Məmməd Cəmil oğluna, Ələkbərov Rövşən Nəsib oğluna, Yusifli Razim Ziyəddin oğluna məxsus ərzaq mağazaları, “Panda”, “Yeni market”, “Şan” və “Uğur” marketlər
◾ Şəmkir rayonunda “Balıq evi” kafesi, “Üç qardaş” ərzaq mağazası
◾ Ağstafa rayonunda “Əriklik”, “Nəsiboğlu”, “Dostlar” kafeləri
◾ Tovuz rayonunda Səmədov Elgün Sovet oğluna məxsus kafe
◾ Zərdab rayonunda Əhmədov Vüqar Mirağa oğluna və Sadıqova Gülgəz Yaqut qızına məxsus ərzaq mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.



Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










