AQTA Salyan və Sabirabadda monitorinq keçirdi - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi növbəti monitorinqini Salyan və Sabirabad rayonlarında keçirib. AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, agentliyin fitosanitar müfəttişləri bu dəfə Salyan rayonu Qaraqaşlı, Noxudlu, Seyidsadıqlı, Qızılağac, Marışlı kəndləri və Sabirabad rayonu Bulaqlı, Həşimxanlı kəndləri ərazisində qarpız sahələrində müşahidələr həyata keçiriblər.
Monitorinq zamanı hər hansı bir zərərli orqanizmə rast gəlinməyib. Əkin sahələrində nitratester vasitəsilə qarpızda nitratın qalıq miqdarı yoxlanılıb və normada olduğu müəyyən edilib. Bundan əlavə pestisid qalıqlarının yoxlanılması üçün qarpızdan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasına göndərilib.
Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə edərkən təhlükəsizlik qaydaları və zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri ilə bağlı bir sıra tövsiyələr verilib.


Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












