AQTİ mütəxəssisləri beynəlxalq standartların tətbiqi ilə bağlı təlimə cəlb edilib

Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, növbəti belə təlim AQTİ əməkdaşları tərəfindən ISO-17025:2017 beynəlxalq “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” mövzusunda İnstitutunun tabeliyində fəaliyyət göstərən region sınaq laboratoriyalarında çalışan laboratoriya mütəxəssislərinə keçirilib. Təlimdə laboratoriyalarda qarşılaşa bilinəcək risk faktorları, həyata keçirilən analizlərin keyfiyyətinə nəzarət, sınaq və ölçü vasitələrindən düzgün istifadə qaydaları, keyfiyyət idarəetmə sisteminin təşkilində sənədləşmənin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda təlimçilər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












