Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.
Avtosfer.az xəbər verir ki, Arif Qasımovun vəzifədən azad edilməsinə səbəb kimi, AzTV-nin ötən gün Nizami rayonunun M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı hazırladığı süjetin səbəb olduğu bildirilir.
Süjetdə bildirilib ki, dövlətin həyata keçirdiyi sosialyönümlü layihələrin hər biri vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına hesablandığı halda bəzi şəxslər yalnız maddi qazanc haqqında fikirləşir. Maddi qazanc uğrunda görülən işləri, vətəndaşların haqlarını heçə belə saymaqdan çəkinmirlər.
Qeyd olunub ki, bəzi hallarda acgözlük, artıq tamah bütün mənəvi dəyərləri üstələyir. Vətəndaşlar üçün salınan bu parkda ot örtüyünün üzərində hansısa qazanc məqsədli obyektin tikilməsini, yəqin ki, başqa cür izah etmək mümkün deyil. Vətəndaşlar da belə vəziyyətdən məmnun deyillər.
Bu gün səhər saatlarında isə sakinlərin də narazılığına səbəb olan obyek sökülüb.
Bir müddət sonra isə Prezident İlham Əliyev rayonun icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Arif Qasımov bu posta 2015-ci ildə təyin olunmuşdu.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











