Arktika marşrutu ilə üzən ilk konteyner gəmisi Çindən Avropaya çatıb

“Arktik konteyner ekspres” marşrutu ilə hərəkət edən ilk ticarət gəmisi Çindən Avropaya gəlib. Gəmi 20 gün üzdükdən sonra Böyük Britaniyanın şərqində yerləşən Filikstou limanına lövbər atıb. Avtosfer.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, “Sea Legend Line Limited” şirkətinə məxsus gəmi səfər zamanı Norveç dənizində “Emi” qasırğası ilə üzləşdiyi üçün limana iki gün gecikmə ilə çatıb. Yeni marşrut ənənəvi daşınma yolları ilə müqayisədə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaldır. Belə ki, Çin-Avropa dəmir yolu marşrutu təxminən 25 gün, Süveyş kanalı ilə təxminən 40 gün, Ümid burnu ətrafında dolanmaqla isə 50 gün çəkir. “Istanbul Bridge” adlı konteyner gəmisi Çinin şərqində yerləşən Ninbo-Çjouşan limanından təxminən 4 min ədəd konteynerlə yola düşüb. Gəmidə əsasən litium-ion akkumulyatorlar və günəş enerjisi avadanlıqları daşınıb. Yükün Böyük Britaniya, Almaniya, Polşa və Niderland limanlarında boşaldılması planlaşdırılır.
Qeyd edək ki, marşruta hazırlıq mərhələsi üç il çəkib və bu müddət ərzində gəminin avadanlığı yenilənib və ekipaj xüsusi təlimlərdən keçib. Şirkət 2026-cı ildən etibarən buzlu suda üzmək qabiliyyətinə malik daha çox gəmini istifadəyə verməyi və yay aylarında həmin marşrut üzrə müntəzəm reyslər təşkil etməyi planlaşdırır.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












