Artıq iki ölkənin dəmir yolları birləşib

İranın Ərdəbil vilayəti Azərbaycan Respublikası ilə 369 kilometr sərhədə malikdir və bu fakt iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə imkan yaradıb.
Bu sözləri Ərdəbil vilayətinin valisi Əkbər Bəhnamcu deyib. O bildirib ki, Ərdəbil-Astara dəmir yolunun çəkilişi İranla Azərbaycan arasındakı iqtisadi münasibətlərin daha da inkişafına səbəb olacaq.
O diqqətə çatdırıb ki, İranla Azərbaycanın Ərdəbildə birgə sənaye şəhərciyinin yaratması barədə razılıq əldə olunub. Bunun üçün torpaq sahəsi ayrılıb və müvafiq işlər həyata keçirilib. Dəmir yolunun sənaye şəhərciyinin yaxınlığından çəkilməsi ixrac və idxal imkanlarını daha da artıracaq. Azərbaycan hökuməti nəqliyyat sahəsində lazımi tədbirləri artıq həyata keçirib və iki ölkənin dəmir yolları birləşib.
Qeyd edək ki, İranın Dövlət Dəmir Yolları İdarəsi ilə Yollar və Şəhərsalma Nazirliyi “Şimal-Cənub” Nəqliyyat Dəhlizi çərçivəsində Ərdəbildən Astaraya dəmir yolu xətti çəkməyi planlaşdırıb. Bunun üçün artıq bir sıra tədbirlər həyata keçirilib.
Onun da nəzərə çatdırmaq lazımdır ki, Ərdəbil İranın iqtisadi cəhətdən inkişaf etmiş vilayətlərindən biridir. Burada kənd təsərrüfatı və sənaye xüsusi ilə inkişaf edib. (AZƏRTAC )
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












