Arvadı evdən getdi, özünü avtomobildə partlatdı

Qaziantepdə həyat yoldaşı tərəfindən tərk edilən bir kişi özünü avtomobilin içərisində partladıb. Avtosfer.az modern.az--a istinadən bildirir ki, Qaziantepin Nizip rayonunda yaşayan 40 yaşlı Fehmi Özcan mübahisə etdiyi həyat yoldaşının uşaqlarını götürərək evi tərk etməsindən sonra bir avtomobillə Yunus Əmrə məhəlləsində boş bir əraziyə gedib. Yanına aldığı 2 ədəd qaz balonunu açan Özcan cibindən çıxardığı alışqanı yandırıb. Özcan partlayan avtomobildə faciəvi şəkildə can verib. Böyük səs-küylə partlayan avtomobil ətrafdakı vətəndaşlara da qorxulu anlar yaşadıb. Maşının yandığını və içərisində bir nəfərin olduğunu görən vətəndaşlar polisə və yanğınsöndürmə briqadalarına xəbər verib. Yanğınsöndürmə briqadaları yanğını söndürərkən hadisə yerinə gələn tibb briqadaları həmin şəxsin öldüyünü müəyyənləşdirib.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












