Arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Emin Hüseynovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Əfqan Hacıyevin sədrlik edtiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası iyunun 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 20-də baş verib.
Xəzər rayonu Buzovna qəsəbə sakini, 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan qadın reanimasiyaya yerləşdirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni N.Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Emin Ədalət oğlu Hüseynov törədib.
Belə ki, evdə ər və arvad arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədilə çoxsaylı zərbələr endirib.
Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.
Cütlüyün 2 övladı var.
E.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. (“Report”)
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












