Arvadını və özünü öldürən şəxsin son mesajları üzə çıxıb

Zaqatalada 37 yaşlı kişinin arvadını və özünü öldürmə hadisəsinin təfərrüatı üzə çıxıb.
Avtosfer.az-ın məlumatına görə, Yuxarı Çardaxlar kəndində həyat yoldaşı, 37 yaşlı Xavər Həsənovanın boğazını kəsərək öldürən, daha sonra intihar edən Qılman Həsənov hadisədən əvvəl xalası oğluna mesaj yazıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. 1 həftə əvvəl Dağıstanın Mahaçqala şəhərindən Zaqatalaya qayıdan Qılman həyat yoldaşını qətlə yetirmək qərarına gəlib. O, övladlarını atasıgilə göndərdikdən sonra – aprelin 17-nə keçən gecə həyat yoldaşı ilə evdə tək qalıb və əvvəlcədən planlaşdırdığı kimi X.Həsənovanı qətlə yetirib. Q. Həsənov Xavəri öldürdükdən sonra Mahaçqalada olan və birlikdə işlədiyi xalası oğluna mesaj yazıb.

“Hər şeyi sübut elədim, bu işin axırına çıxdım” formasında mesaj göndərən şəxs daha sonra “Övladlarımı, onların gələcəyini qardaşıma həvalə edirəm” kimi cümlələr yazıb. Bundan sonra Qılmanla əlaqə saxlamaq mümkün olmayıb.
Mahaçqalada olan Qılmanın qardaşı və xalası oğlu onun mesajlara və zənglərə cavab vermədiyini görərək narahatlıq keçiriblər və qohumlarına bildiriblər. Dünən səhər tezdən yaxınları Qılmanın evinə gəliblər, lakin qapı-pəncərələrin bağlı olduğunu görüb hadisə yerinə polisi dəvət ediblər. Bundan sonra qapıların açılması ilə Qılmanla Xavərin evdə qalmış meyitlərini aşkar ediblər.
O da məlum olub ki, Qılmanla Xavər orta məktəbdə bir sinifdə oxuyublar və sevərək ailə qurublar. Xavər Həsənova kənd məktəbində müəllim kimi çalışıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
“Qafqazinfo”
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










