ASCO-da dezinfeksiya işləri aparılıb

Koronavirusla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) əks-epidemik profilaktik tədbirləri davam etdirir. Avtosfer.az xəbər verir ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq bugün ASCO-ya məxsus Azərbaycan Dövlət Dəniz Akademiyasında, Akademiyanın tələbə yataqxanasında və Azərbaycan Dənizçilər Kollecində dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
ASCO rəhbərliyinin qərarına əsasən, şirkətdə mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Tapşrığa uyğun olaraq dezinfeksiya tədbirləri xüsusi qrafiklə gəmilərdə ayda bir dəfə, sahildə yerləşən strukturların inzibati binaları və ərazilərində isə iki dəfə yerinə yetirilir. Səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır.
Dezinfeksiya işləri ilə paralel ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. “Dənizçilər poliklinikası” MMC-nin həkimləri mütəmadi olaraq virusun əlamətləri və virusdan qorunma yolları barədə əməkdaşlara məlumat verirlər.
Koronavirus ilə bağlı ASCO-da vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274 30 82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












