ASCO dənizçiləri koronavirusa qarşı yoxlanıldıqdan sonra növbəyə göndərilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) rəhbərliyinin tapşırığına əsasən şirkətdə koronavirusla (COVİD-19) əlaqədar qabaqlayıcı tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, qabaqlayıcı tədbirlər çərçivəsində Xəzər Dəniz Neft Donanmasının gəmilərində növbə dəyişməsi zamanı dənizçilər tibbi yoxlamadan keçiblər. Belə ki, Keyfiyyət Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi departamenti (KSƏTƏMM) və "ASCO Mühafizə" MMC-nin əməkdaşlarının köməkliyi ilə son iki gündə “Dənizçilər Poliklinikası” MMC-nin həkimləri Liman Baza, Damba, Abşeron, Qaradağ yük-yanalma körpülərində ümumilikdə 1310 nəfər heyət üzvünü virusa qarşı yoxlayıblar. Yoxlamalar zamanı hər hansı neqativ hal aşkar olunmayıb.
Qeyd edək ki, ASCO gəmilərində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl olunur. Şirkətin struktur idarələri ilə yanaşı, gəmiləri də müəyyənləşdirilmiş qrafik üzrə mütəmadi dezinfeksiya edilir.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI















