ASCO Mavritaniyada çətin vəziyyətdə qalan azərbaycanlı dənizçilərə dəstək oldu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Mavritaniya İslam Respublikasında çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət 4 dənizçiyə dəstək olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a ASCO-dan məlumat verilib.
Həmvətənlərimizin Mavritaniyada yaşayışı ilə bağlı yığılmış hotel xərcləri və ölkəyə qayıdışları üçün tələb olunan müvafiq məbləğdə pul vəsaiti həmin vətəndaşlardan birinin hesabına köçürülüb.
Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniyada qalan vətəndaşlarımızla ASCO əməkdaşları, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyinin nümayəndələri mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görüb.
İyunun 21-də həmin dənizçilər çarter reysi ilə Türkiyəyə gətirilib. İstanbul hava limanında onları ASCO-nun Türkiyə nümayəndəliyinin əməkdaşları qarşılayıb və hotelə yerləşdiriblər. Dənizçilərin yaxın günlərdə çarter reysi ilə Azərbaycana qayıdacaqları gözlənilir.
Dənizçilər problemlərinin həlli istiqamətində göstərdikləri köməkliyə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, azərbaycanlı 4 dənizçi - kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri Arif Əsgərov və Fərəc Əliyev iş vədi ilə Türkiyəyə, oradan da Mavritaniyaya aparılıb.
Lakin verilən vədlər boş çıxmış, koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra isə maddi problemlərlə üzləşiblər
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA


















