“Aşıq Şəmşir” Mədəniyyət Ocağı humanist tədbirləri davam etdirir - FOTO

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən mübarizə tədbirlərinə öz dəstəyini davam etdirir. Artıq bir neçə həftədir mütəmadi olaraq bu məqədlə xeyriyyə aksiyaları keçirən İctimai Birlik bu həftə də ön ənənələrinə sadiqliyini nümayiş etdirib.
İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun tapşırığı ilə Bakı şəhərində və ətraf rayonlarda sosial qayğıya ehtiyacı olan vətəndaşlara müvafiq yardımlar edilib, eyni zamanda İctimai Birliyin fəalları tərəfindən insanlara zəruri maarifləndirici məlumatlar çatdırılıb.
Bu məqsədlə keçirilən növbəti aksiya zamanı 60-dan çox sosial qayğıya ehtiyacı olan aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirilib, onlara ərzaq yardımı göstərilib, eyni zamanda tibbi maska paylanılıb. Görüşlərdə iştirak edən sakinlər xüsusi vurğulayıblar ki, bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə olunublar və bütün bunlara görə ölkə rəhbərliyinə minnətdardırlar.
Bu taleyüklü günlərdə ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışını özünün kredosu seçən edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları qeyd ediblər ki, İctimai Birlik tərəfindən bundan sonra da koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət davam etdiriləcək, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza mütəmadi olaraq yardımlar ediləcək.
Fidan
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
















