“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya - FOTO

Ölkənin aparıcı QHT-lərindən olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən mübarizə tədbirlərinə öz dəstəyini davam etdirir. Pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan İctimai Birlik olaraq xeyriyyə aksiyaları keçirir.
Bu həftə də İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun təşəbbüsü ilə Bakıda sosial qayğıya ehtiyacı olan 80-dən çox vətəndaşa müvafiq yardımlar edilib, eyni zamanda onlara İctimai Birliyin fəalları tərəfindən maarifləndirici məlumatlar verilib.
Qeyd edək ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən bu məqsədlə indiyədək 800-dən çox ailəyə müavafiq yardımlar göstərilib. Sakinlər bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə oluduqlarını qeyd ediblər və bütün bunlara görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də fədakar Azərbaycan həkimlərinə və polislərə minnətdarlıq bildiriblər.
Dövlət başçısının “Biz birlikdə güclüyük” çağırışını kredo seçən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları bu cür xeyriyyə aksiyalarını növbəti həftələrdə də davam etdirəcəklər.
Fidan
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA















