Asiya İnfrastruktur İnvestisiya Bankı metro inşasına vəsait ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Türkiyənin İzmir şəhərində metro xəttinin inşasına 50 milyon avro vəsait ayırıb.
Vəsait İzmir metrosunun genişləndirilməsinin 4-cü mərhələsi çərçivəsində 7,2 kilometr uzunluğunda Fəxrəddin Altay-Narlıdərə xəttinin inşasına sərf olunacaq. Şəhərin mərkəzi ilə qərb hissəsini birləşdirəcək bu xətt üzərində 7 stansiya yerləşəcək. AİİB krediti dövlət zəmanəti olmadan verib. Bu, bankın birbaşa şəhər hökuməti ilə imzaladığı ilk kredit razılaşmasıdır.
İzmir əhali sayına və ümumi daxili məhsulun həcminə görə Türkiyənin üçüncü ən böyük şəhəridir. Şəhər hökuməti artan tələbatı nəzərə alaraq metro nəqliyyatının genişləndirilməsini həyata keçirir. Bu məqsədlə daha əvvəl Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, Qara Dəniz Ticarət və İnkişaf Bankından da kredit cəlb olunub. Fəxrəddin Altay-Narlıdərə xəttinin 2022-ci ilin 4-cü rübündə istifadəyə verilməsi planlaşdırılıb.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 82-dir. Daha 20 dövlət isə ölkədaxili proseduru bitirdikdən sonra AİİB-in təsdiqlənmiş üzvlərinin sırasına qoşulacaq. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 92 layihəyə təxminən 20 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib. (AZƏRTAC )
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO










