Astara dəmiryol terminalı ixracı 64% artırıb

Astara dəmiryol terminalından mal ixracı 64% artıb.
APA-nın məlumatına görə, bunu İranın Şimal Dəmiryolu-2 Baş İdarəsinin rəisi Qulamhüseyn Vələdi deyib.
“Ötən ilin son 10 ayı ərzində Astara dəmir yolu terminalı vasitəsilə Azərbaycana ümumilikdə 176,211 ton məhsul ixrac edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 64% artıb.
Q. Vələdi Astara yük terminalından Azərbaycana dəmir yolu ixracının 107,424 ton olduğunu bildirib: “Qeyd edilən dövrdə Astara dəmiryol terminalından ümumilikdə 316,167 ton mal nəql edilib ki, bu da keçən ilin eyni dövründəki 302,952 tonla müqayisədə 4% çoxdur”.
Həmin müddətdə 125,863 ton mal Astara dəmiryol terminalı vasitəsilə idxal olunub və bu marşrutla 14 min tondan çox mal tranzit edilib.
Q. Vələdi Astara dəmiryolu terminalında əsas tranzit və idxal malları arasında ağac, taxta, mərcimək, buğda və arpa olduğunu bildirib: “Astara dəmiryol terminalından göndərilən yüklərin əsas tranzit təyinatı İraqdır. Bu dəmir yolu xətti ilə Azərbaycana ixrac edilən əsas mallara sement, təmizləyicilər, kimyəvi maddələr, kafel, dəmir məmulatları və məişət texnikası daxildir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












