Astara yük terminalının tikintisi bitdikdən sonra gömrükdən sutkada 800 yük maşını keçə biləcək - Vali

Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti 162 kilometrdir. Bunun da 85 kilometrində müəyyən işlər görülüb, torpaq sahələri alınıb, hamarlanıb, bir sıra avadanlıqlar və reyslər gətirilib. Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın Gilan vilayətinin (Ostanın) valisi (Ostandarı) Hadi Haqşenas İran mətbuatına (İSNA) verdiyi açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan, Rusiya və İran rəsmilərinin dəmir yolunun vilayət ərazisindən keçəcək hissəsinə və Astaradakı yük terminalına baxış keçirmələri zamanı əldə olunan razılaşma tikintinin sürətlənəcəyini deməyə əsas verir.
“Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu təkcə Gilan vilayətinin deyil bütünlüklə İranın Azərbaycan, Rusiya və Şərqi Avropa bazarlarına çıxışını təmin edəcək. Gilan vilayəti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində əhəmiyyətli mövqeyə malikdir. Dəhlizin vilayətdən keçməsi onun ixrac potensialını artıracaq. Subtropik iqlimə malik olan vilayət meyvə ixrac etməklə Qafqaz ölkələri, Rusiya və Avropa bazarlarını təmin edə bilər. Dəhliz boyu Azərbaycan tərəfindən yaxşı infrastruktur qurulub. Astarada (İran) yük terminalının tikintisi tamamlandıqdan sonra üçtərəfli razılaşmaya əsasən gömrükdən sutkada 800 yük maşını keçə biləcək”, - deyə vilayət rəhbəri nəzərə çatdırıb.
Gilan vilayətinin iqtisadi potensialına toxunan vali bildirib ki, hazırda avtomobillərlə Azərbaycandan tranzit keçməklə Rusiya, Belarus və Gürcüstana meyvə, quru meyvə və kənd təsərrüfatı malları ixrac edilir: “Həmin ölkələrdən isə İrana ağac, taxta digər tikinti malları, gübrə idxal olunur. Rəşt-Astara yolu istismara verildikdən sonra idxal-ixrac əməliyyatlarının həcmi artacaq”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












