Astarada karantin qaydalarını pozan şəxs həbs edildi - FOTO

Astarada karantin qaydalarını pozan şəxs həbs edildi
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirir.
Bu tədbirlər çərçivəsində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Astara və Lənkəran rayonunun birləşdiyi ərazidə, Çayoba kəndi ərazisində qurulmuş postdan qanunsuz olaraq digər rayonun ərazisinə keçən şəxs saxlanılıb. Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini Əmrayev Kənan karantin qaydalarını polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla pozaraq Lənkəran rayonunun ərazisinə daxil olub. Həmin şəxs daha sonra Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib.
Ümumilikdə bu günədək Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 22 nəfər şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












