Astarada narkotacirlər saxlanılıb - FOTO

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səncərədi kənd sakini Çingiz Eyvazov bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi daha bir büküm heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə Ç.Eyvazovun narkotik vasitəni Astara şəhər sakini Elnur Mirzəyevdən aldığı müəyyən edilib və həmin şəxs saxlanılıb. E. Mirzəyevdən satış məqsədilə üzərində gəzdirdiyi 1 büküm psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə rayonun Ərçivan qəsəbəsinin sakini Sərxan Cəfərov bir büküm psixatrop maddə olan metamfetamini satdıqdan sonra saxlanılıb və üzərinə keçirilən şəxsi axtarış zamanı ondan daha bir büküm metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.
Namiq Musayev
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










