“AstraZeneca” qan laxtalanmasına səbəb olur? – AÇIQLAMA + VİDEO

“AstraZeneca” peyvəndinin ucuz olması bəzi şirkətlərin müəyyən kommersiya maraqlarına toxunur və bu səbəbdən ona qarşı kampaniya aparılır.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, “AstraZeneca” “Sрutnik V” və “CoronaVac” peyvəndindən daha keyfiyyətlidir:
“AstraZeneca” peyvəndi yüksək səviyyəli peyvənddir. Britaniyada milyonlarla insana bu peyvənddən vurulub. Bəli, onun əks təsirləri ola bilir. Müəyyən edilmişdi ki, trombositlərin sayı aşağı olan insanların beyninin əsas venalarında tromboz halları baş verir və bu da insultlara gətirib çıxara bilir.
Ola bilsin ki, buna görə peyvənd vurulmazdan əvvəl bəzi şəxslər yoxlansın və belə onlarla bağlı müəyyən hazırlıq tədbirləri görülsün. Amma bu, kütləvi hal daşımadığı üçün belə epizodlara görə müasir texnologiya ilə hazırlanmış peyvəndi qaralamaq, ona qarşı kampaniya aparmaq qətiyyən düzdün deyil. Hər halda “AstraZeneca” Rusiyanın “Sрutnik V”, Çinin “CoronaVac” vaksinindən qat-qat yüksək texnologiya ilə hazırlanmış peyvənddir”.
Türkiyəli həkim Muhammed Akkoyunlu isə qeyd edib ki, “AstraZeneca” peyvəndinin istehsalçısı yan təsirləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirməlidir:
“AstraZeneca” peyvəndinin yan təsirləri ilə bağlı yayılan məlumatlara istehsalçı şirkət və distribyutor tərəfindən aydınlıq gətirilməlidir. Əgər bu peyvənd yüz milyonda bir ölümə səbəb olarsa və eyni zamanda virusun qarşısını alarsa, o zaman ondan istifadə edilməsinə icazə verilə bilər. Peyvəndin trombozlar yaratması, bu halların neçə faiz olması və s. kimi qaranlıq qalan məlumatlarla bağlı isə istehsalçılar tərəfindən məlumat açıqlanmalıdır”.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










