“Audi”nin sürücüsü silahlı hücuma məruz qalıb - FOTO

Türkiyənin Ankara vilayətində avtomobillə hərəkətdə olan sürücü silahdan açılan atəş nəticəsində yaralanıb. Avtosfer.az yeerli KİV-ə istinadən xəbər verir ki, insident martın 25-də gecə saatlarında Çankaya Çiqdem məhəlləsində qeydə alınıb.
Məlumata görə, Əhməd U. idarə etdiyi 06 AZ 1091 qeydiyyat nömrə nişanlı “Audi” maraklı avtomobillə hərəkətdə olarkən ona, qeydiyyat nömrə nişanı müəyyənləşdirilməyən başqa bir avtomobildən, naməlum şəxs və ya şəxslər tərəfindən tüfəngdən atəş açılıb. Təkəri partlayan avtomobili dayandıran şübhəlilər, Əhməd U.-nu da hədəfə alaraq atəş açmağa davam ediblər. Əhməd U. ona tuş gələn qırmalardan xəsarətlər alıb, hücum çəkənlər isə hadisə yerindən olduqları avtomobillə uzaqlaşıblar.
Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müalicəsi davam edən Əhmədin həyatı üçün təhlükənin olmadığı bildirilib.
Faktla bağlı araşdırmalara aparılır, şübhəlilərin saxlanılması istiqamətində axtarışlara başlanılıb.
Namiq Musayev


"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












