Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi İran üzərindən uçuşların təhlükəli olduğunu açıqlayıb

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) mülki təyyarənin düşmən hava nəqliyyatı ilə səhv salınma ehtimalı və bunun hava hücumundan müdafiə sistemlərinin aktivləşdirilməsinə səbəb ola biləcəyi ilə əlaqədar İranın hava məkanında uçmağın təhlükəli olması barədə xəbərdarlıq edib.
Müvafiq məlumat agentliyin saytında dərc olunub.
“Təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlər baxımından və mülki aviasiya orqanları ilə hərbi əməliyyat komandirləri arasındakı əlaqənin zəif olması səbəbindən mülki təyyarələrin səhv tanınması riski var. İranın qabaqcıl hava hücumundan müdafiə sistemləri olduğundan və bunun mülki aviasiya üçün riskli olması səbəbindən ehtiyatlı davranmaq tövsiyə olunur”, - EASA-nın məlumatında deyilir.
Bu tövsiyə 2021-ci il yanvarın 16-dək qüvvədədir.
Qeyd edək ki, EASA-nın bu xəbərdarlığı iyulun 11-də İranın Mülki Aviasiya Təşkilatının “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması ilə əlaqədar istintaqa həsr olunmuş əlavə hesabat dərc etməsi fonunda edib. (“Report”)
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












