Avropa Oyunları zamanı ictimai nəqliyyatdan kimlər pulsuz istifadə edəcəklər?

Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.
Onun sözlərinə görə, Avropa Oyunları ilə əlaqədar rəsmi akkreditasiyadan keçmiş bütün şəxslər Oyunlar zamanı akkreditasiya kartını göstərməklə gün ərzində marşrut avtobusları, eləcə də "ekpress" avtobusların xidmətindən pulsuz yararlana biləcəklər.
N.Həsənov bildirib ki, Avropa Oyunları yarışlarına biletləri olan tamaşaçılar üçün isə yalnız "ekspress" avtobuslarında gediş pulsuz olacaq. Bunun üçün onlar biletlə yanaşı, şəxsiyyəti təsdiq edən sənədi də təqdim etməlidirlər.
Akkreditasiyası və bileti olanların metrodan pulsuz istifadə etməyinə gəlincə, hazırda bununla bağlı "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi ilə danışıqlar aparılır.
Bununla bağlı Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, BEGOC-da rəsmi akkreditasiyadan keçmiş və xüsusi vəsiqəsi olan şəxslər elə bu gün də metrodan pulsuz istifadə edə bilərlər: "Bu aksiya Avropa Oyunları tam bitənədək davam edəcək. Bunun üçün onların akkreditasiya kartını göstərmələri yetərlidir. Yarışlara bileti olan tamaşaçılara gəlincə isə, onların hələlik yalnız Oyunların açılış və bağlanış günləri metronun xidmətindən pulsuz istifadə etmələri nəzərdə tutulur. Bunun üçün onlar girişdə biletlə yanaşı, şəxsiyyəti təsdiq edən sənədi də təqdim etməlidirlər".
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












