Avropa və Asiya arasında inteqrasiya Azərbaycan vasitəsilə reallaşa bilər - VİDEO

"Dünyada, o cümlədən Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının insanları yeni çağırışlarla üz-üzə qoydu. Həmin çağırışlardan biri də yüklərin təhlükəsiz daşınmasını təmin etmək idi. Buna görə də, pandemiya dövründə dəmir yolu ilə yükdaşımalara üstünlük verildi".
Avtosfer.az "Reporta" istinadən xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
O, bu barədə pandemiya fonunda Azərbaycanın dəmir yolları ilə yük daşınmasının perspektivini şərh edərkən danışıb.
"Dəmir yolu yükdaşımalar hesabına inkişaf edəcək"
E.Məmmədovun sözlərinə görə, son illər Azərbaycan nəqliyyat, o cümlədən dəmiryol infrastrukturunu inkişaf etdirir, bu isə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına xidmət edir: "Nəqliyyat infrastrukturuna yatırılmış investisiyalar iqtisadiyyatımızın dayanıqlı və rəqabətqabiliyyətli inkişafını təmin edir. Söhbət təkcə başqa ölkələrə məxsus yüklərin daşınmasından deyil, həm də yerli məhsulların xarici bazarlara çıxarılmasından gedir".
Elşad Məmmədov
Ümumiyyətlə isə, dəmir yolunun inkişafı məhz yükdaşımalar hesabına olacaq: "Yüklərin təhlükəsiz və sürətli daşınması ölkəmizə rəqabət üstünlüyü verə bilər. Asiya ölkələrində yeni texnoloji yanaşma formalaşmaqdadır. İnkişaf etmiş Avropa və İnkişaf etməkdə olan, xarici bazara məhsul çıxarmaq istəyən Asiya ölkələrinin bir-birilə inteqrasiyası Azərbaycan vasitəsilə reallaşa bilər. Ona görə dəmir yolu nəqliyyatının inkişafı, logistik əməliyyatlarının intensivləşdirilməsi ölkəmiz üçün olduqca zəruridir".
Xatırladaq ki, 2020-ci ilin yanvar-may aylarında ölkənin dəmir yolları ilə 8 milyon ton yük daşınıb.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












