Avstraliyada şəxs bıçaqla insanlara hücum etdi: 2 ölü, 2 yaralı

Avstraliyada bıçaqla silahlanmış şəxsin küçədə insanlara hücum etməsi nəticəsində 2 nəfər ölüb, daha 2-si isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident Melburn şəhərində baş verib. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, martın 11-də axşam saatlarında cinayətkar şəhər küçələrində bir neçə dəfə insanlara hücum çəkərək bir polisi və iki qadını bıçaqlayıb. Qadınlardan biri xəstəxanada ölüb, digərinin isə vəziyyəti ağırdır. Martın 12-si axşam saatlarında o, daha bir şəxsə hücum edib. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Polis əməkdaşları şübhəli şəxsi yaxalayarkən o, müqavimət göstərib və güllələnib.
Ştatın polis komissarı Qrema Eştonun sözlərinə görə, hücum edən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Onun terror təşkilatları ilə əlaqəsi və kriminal keçmişi olmayıb.
Təhqiqatçılar hadisənin əsl səbəblərini araşdırır.
Namiq Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












