“Avstriya Hava Yolları” iflas təhlükəsi ilə üz-üzədir

Koronavirus pandemiyası ilə əlaqədar bütün müntəzəm uçuşlarını dayandıran “Avstriya Hava Yolları” (AUA) aviaşirkəti iflas təhlükəsi ilə qarşılaşıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Lufthansa“ konserninin tərkibində olan aviaşirkət maliyyə yardımı almaq üçün Avstriya hökuməti ilə danışıqlara başlayıb. Avstriya mətbuatının verdiyi məlumata əsasən, şirkətin təkcə bu il üçün 500-800 milyon avro vəsaitə ehtiyacı var.
Mayın 3-dək bütün uçuşları dayandıran şirkətdən bildirilib ki, əgər həmin tarixdə uçuşlar bərpa olunarsa, bu ilin yay mövsümündə ən yaxşı halda ötən illə müqayisədə 25-50 faiz az sərnişin daşınacaq. Yeddi min işçinin çalışdığı AUA rəsmiləri növbəti ildə də ağır maliyyə dövrü keçirəcəklərini bəyan edərək, koronavirusdan əvvəlki sərnişin sayına yalnız 2023-cü ildə nail ola biləcəklərini bildiriblər. Həmin dövrə kimi isə şirkəti fəaliyyətini davam etdirmək üçün əlavə vəsaitlərə ehtiyac böyükdür. Avstriya hökumətindən şirkətin yardım üçün müraciəti təsdiqlənsə də, ayrılacaq məbləğin müqabilində aviaşirkətin üzərinə hansı öhdəliklər qoyulacağını açıqlamayıb. Müxalifətdə olan Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) hökumətdən AUA-ya kredit verilməsi əvəzinə, yenidən həmin şirkətin nizamnamə kapitalında payçı kimi iştirakını tələb edib.
Qeyd edək ki, Avstriyanın milli aviadaşıcısı AUA 2008-ci ildə özəlləşdirilməyə çıxarılıb və “Lufthansa” konserni dövlətə məxsus səhmlər paketini (ümumi səhmlərin 41,6 faizi) alıb. Avstriya müxalifətinin indiki tələbi dövlət yardımı müqabilində şirkət üzərində nəzarətin əldə olunmasına hesablanıb.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










