Avtobus sürücüləri tətilə başlayıb - Altı həftə ...

Şotlandiyada fəaliyyət göstərən “Stagecoach” şirkətinə məxsus avtobus sürücüləri maaş artımı ilə bağlı davam edən mübahisə fonunda altı həftəlik tətilə başlayıblar.
Avtosfer.az BBC-yə istinadla xəbər verir ki, Ayr, Arran, Ardrossan və Kilmarnokda çalışan 400-dən çox sürücü 21 iyula qədər işə qayıtmayacaq. Nəticədə şirkət bölgədə məhdud sayda xidmət göstərəcək.
“Unite” həmkarlar ittifaqı qeyd edib ki, tətilin səbəbi ötən ilin noyabrında verilən və tamamilə qəbuledilməz sayılan 4 faiz maaş artımı təklifində heç bir irəliləyişin olmamasıdır. Şirkət isə bildirib ki, maaş artımı təklifləri bölgədəki avtobus xidmətlərinin davamlılığını təmin edəcək şəkildə olmalıdır.
“Unite” may və iyun aylarında üç dəfə 24 saatlıq tətil keçirmişdi, lakin budəfəki addım mübahisəni daha da kəskinləşdirərək ardıcıl altı həftəlik tətil formasını alıb. Həmkarlar ittifaqı sürücülərin “Stagecoach”un Birləşmiş Krallıq üzrə ən aşağı maaş alan işçilərindən olduğunu vurğulayır.
Həmkarlar ittifaqının sənaye məsələləri üzrə nümayəndəsi Siobhan McCready bildirib ki, “Stagecoach”un son təklifində əlavə şərtlər də var. Onun sözlərinə görə, sürücülərdən maaş artımını əldə etmək üçün daha çox işləmək, daha çox ödənişsiz fasilə vermək və illik məzuniyyətin bir həftəsindən imtina etmək tələb olunur.
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












