Avtobusda 70 yaşlı kişidən gözlənilməz hərəkət

Türkiyənin Aksaray şəhərində avtobus sürücüsü qarət olunub. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, sürücü 70 yaşlı kişi tərəfindən soyulub. Hadisə elə sürücünün idarə etdiyi sərnişin avtobusunda qeydə alınıb. Hadisə avtobusun müşahidə kameraları vasitəsilə çəkilib. Sərnişin avtobusu sürətlə hərəkət edərkən qəzaya uğrayıb. Sürücü avtobusdan düşüb. Bu zaman fürsətdən istifadə edən 70 yaşlı kişi sürücünün oturduğu kabinəyə əyilib. Yaşlı sərnişin sürücünün mobil telefonunu götürüb və cəld şəkildə avtobusdan düşüb. Maraqlıdır ki, bütün bunlar sərnişinlərin gözü qarşısında baş verib. Yaşlı kişi elə bir ustalıqla telefonu oğurlayıb ki, heç kim duyuq düşməyib. Sürücü avtobusa minib və telefonunun itdiyini bilib. O, dərhal müşahidə kamerasına baxıb və mobil telefonun oğurlandığını görüb. Sürücü polisə şikayət edib. Polis oğurluq edən yaşlı kişinin tapılması istiqamətində araşdırmalar aparır.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












