Avtobusdakı davaya görə qohumunu boynundan güllə ilə vurub öldürdü - VİDEO

2018-ci ilin noyabr ayının 17-də Şüvəlan qəsəbəsində, “Pansionat” adlanan ərazidə Laçın sakini, 34 yaşlı Qorxmaz Əliyev qisas almaq məqsədilə kustar üsulla hazırlanmış tapançadan iki dəfə atəş açaraq, 41 yaşlı tanışı Sərvər Quliyevi yaralayıb. Avtosfer.az Baku.tv-yə istinadən xəbər verir ki, zərərçəkmiş xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə həmin gecə Xəzər RPİ-yə təslim olub. Yaralanan S.Quliyev bir müddətdən sonra vəfat edib.
İstintaqla müəyyən edilib ki, Q.Əliyev 2018-ci ilin noyabr ayının 17-də Şamaxıda keçirilən toy məclisindən qayıdarkən mikroavtobusda qohumu Anar Hüseynovun sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsinə görə iradını bildirib və yumruqla onun üz nahiyəsinə zərbə vurub.
Həmin gün saat 23-də Şüvəlan qəsəbəsində yerləşən “Maşınqayırma” pansionatının ərazisində, yaşadığı evin yaxınlığında olarkən avtobusda baş vermiş mübahisəyə görə Anar Hüseynovun ögey qardaşı Sərvər Quliyev Qorxmaz Əliyevə yaxınlaşıb və qəflətən başı ilə onun sifətinə zərbə endirib.
Alın nahiyəsindən yüngül dərəcəli xəsarət alan Q.Əliyev bundan hiddətlənərək, qisas almaq üçün üstündə olan kustar üsulla hazırlanmış tapançanı çıxarıb və Sərvər Quliyevin boyun nahiyəsinə iki dəfə atəş açaraq, onu öldürüb.
Q.Əliyevin sözlərinə görə, atəş açarkən Sərvər onu təpikləyib, həmin anda silah Qorxmazın əlində əyilib və güllə boyun nahiyəsinə tuş gəlib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qorxmaz Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı süjeti təqdim edirik:
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











