Avtobuslarda gediş haqqı artırılır? – AÇIQLAMA

"Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır".
Bunu BNA-nın mətbuat katibi Mais Ağayev avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, bu məsələlərə Tarif Şurası baxır:"Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil.
Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”.
Qeyd edək ki, iqtisadçı Qubad İbadoğlu taksilərlə bağlı BNA-nın konsepsiyasının avtobusların qiymətinə də təsir edəcəyi, metro və avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı proqnoz verib.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












