Avtobuslarda gündəlik dezinfeksiya işləri davam etdirilir - VİDEO

Dünyada yayılmış koronavirus epidemiyası ilə əlaqədar, o cümlədən kəskin respirator virus xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda bir sıra sahələrdə, o cümlədən nəqliyyat sektorunda genişmiqyaslı qabaqlayıcı tədbirlər görülür. Avtosfer.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin nəzarəti ilə sərnişin nəqliyyatında insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilir.
Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarına əsasən gündəlik olaraq, avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan az olmamaq şərti ilə avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Bakıda avtobuslarla sərnişin daşınmasını işlərini hıyata keçirən şirkətlərdən biri “İ-Qafqaz” firmasının rəhbəri İsmayıl Maqsudov deyir ki, firmanın istismarında 211 və 194 saylı marşrut xətləri var və bu marşrutlar üzrə xəttə çıxan avtobuslar hər gün həm təmas, həm də hava-damcı yolu ilə yoluxan infeksion xəstəliklərə qarşı müvafiq qaydada dezinfeksiya olunur. Dezinfeksiya işləri ixtisaslaşmış şirkət tərəfindən xüsusi məhlullardan istifadə olunmaqla aparılır: “Bu marşrut xətləri Bakı şəhəri ərazisində sərnişinlərə xidmət göstərir. Hazırda BNA-nın göstərişinə əsasən, sərnişinlərin sağlamlığını qorumaq məqsədilə avtobuslarda dezinfeksiya işləri aparılır. Tərəfimizdən xəttə çıxan avtobusların dezinfeksiya olunması işləri tam nəzarətdədir. Bu iş tərəfimizdən hər gün lazımi qaydada davam etdiriləcək”
Orxan
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
















